Sabirabadda 15 qanunsuz silah götürülüb

Sabirabadda 15 qanunsuz silah götürülüb
Hadisə 6

Sabirabad sakinlərindən qanunsuz saxlanılan odlu silahlar aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir. Keçirilən müvafiq tədbirlər nəticəsində 15 nəfər rayon sakinindən müvafiq sənədləri olmayan müxtəlif marka və kalibrli ov tüfəngləri aşkar edilərək götürülüb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər