Sabirabadda 1000 kv metrəyə yaxın müxtəlif təyinatlı obyektdə yanğın olub

Sabirabadda 1000 kv metrəyə yaxın müxtəlif təyinatlı obyektdə yanğın olub
Hadisə 48

Sabirabadda 1000 kv-a yaxın müxtəlif təyinatlı obyektdə yanğın olub.

Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə Sabirabad rayonu, Nərimankənd kəndi ərazisində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Sabirabad rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Əməliyyat şəraitinə uyğun olaraq yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ümumi sahəsi 980 m² olan bir dam altında bir-birinə bitişik tikilmiş müxtəlif təyinatlı obyektlərin birində baş vermiş yanğın genişlənməsinə, o cümlədən bitişik obyektlərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdən sahəsi 280 m² olan çayxananın yanar konstruksiyaları yanıb.

Digər obyektlər yanğından mühafizə olunub.

Oxşar xəbərlər

Kəlbəcərin işğalı zamanı məcburi köçkün düşən, yaralanan, mina qurbanı olan şəxslər məhkəmədə ifadə verib

Kəlbəcərin işğalı zamanı məcburi köçkün düşən, yaralanan, mina qurbanı olan şəxslər məhkəmədə ifadə verib

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlan...

46 Hadisə 22:01 14 avqust 2025

Son xəbərlər