Sabirabadda 10 kiloqram narkotik aşkarlanıb
08
iyl
2026
13:18
Sabirabad rayonunda 10 kiloqram narkotik vasitə aşkarlanıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regional qrupundan məlumat verilib.
Bildirilib ki, keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı İmran Şabanov saxlanılıb.
Ondan 10 kiloqrama yaxın narkotik vasitə olan heroin, həşiş və marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Oxşar xəbərlər
Sakinləri narahat edən "Limon turşusu" adlı səhifənin iştirakçıları həbs olundu
Paytaxtın Səbail rayonu ərazisində ictimai qaydanı pozaraq vətəndaşların istirahətinə mane olan, onları narahat edən həvəskar çəkilişlər təşkil etməklə sosial m...