Sabiq icra başçısına məxsus hoteldə əxlaqsızlıq yuvası aşkarlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Bir müddət öncə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin apardığı əməliyyat nəticəsində Babək rayonu Şəkərabad kəndi ərazisində yerləşən “Nəqşicahan” hotelində əxlaqsızlıq yuvasının olduğu aşkarlanıb.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Vüqar Səfərova məxsus hoteli işlədən Şərur rayon sakini, 1994-cü il təvəllüdlü Təbriz Musayev saxlanılıb.
Artıq onun məhkəməsi başa çatıb. Babək Rayon Məhkəməsində keçirilən prosesdə Təbriz Musayev Cinayət Məcəlləsinin 244-cü (Əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə təqsirli bilinib. Məhkəmədə Təbriz Musayev törətdiyi əməli etiraf edib və peşman olduğunu bildirib.
O, məhkəmənin hökmü ilə 3200 manat cərimələnib.
Qeyd edək ki, “Nəqşicahan” hotelinin həmin hissəsi bağlanıb və həyətyanı sahədə olan kotejlər sökülür.
Oxşar xəbərlər
Bir yumruqla qətl hadisəsi: Canlı yayımda elə söz dedi ki...
Gəncə şəhərində 1998-ci il təvəllüdlü Elmar şəxsi münasibətlər zəminində münaqişə zamanı 1983-cü il təvəllüdlü Sahibi qətlə yetirib. BAKU.WS “teleqraf.com”a ist...