Sabiq icra başçısı ilə birlikdə saxlanılan şəxslərin sayı məlum oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Xəbər verdiyimiz kimi bu gün Səbail Rayon Məhkəməsində Biləsuvar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Mahir Quliyev barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, M.Quliyevlə birlikdə saxlanılan ümumilikdə doqquz nəfər vəzifəli şəxs var. Lakin onlar bu gün məhkəmə qarşısına çıxarılmayıb. Digər səkkiz nəfər barəsində məhkəmə yaxın vaxtlarda qərar qəbul edəcək.
Qeyd edək ki, M.Quliyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. Ona Cinayət Məcəlləsinin hansı maddələri ilə ittiham irəli sürüldüyü hələlik açıqlanmayıb.
Oxşar xəbərlər
MTN generalı 4,5 milyonluq əmlakı 305 min manata oğluna alıb
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov...