Sabiq deputat dünyasını dəyişdi
27
yan
2019
09:42
II çağırış Milli Məclisin (2000-2005-ci illər) 39 saylı Sumqayıt ikinci seçki dairəsi üzrə deputatı olmuş Xıdır Alovlu vəfat edib.BAKU.WS-in məlumatına görə, bu barədə Modern.az-a jurnalist Rəhman Orxan məlumat verib. Onun sözlərinə görə, bu ilin martında X.Alovlu 80 illik yubileyini qeyd etməyə hazırlaşırdı.Xıdır Binnət oğlu Alovlu 1939-cu il martın 2-də Qərbi Azərbaycanda anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib.Uzun illər Sumqayıtda fəhlə, mühəndis, məktəb direktoru, İcra Hakimiyyəti başçısının müavini işləyib. 1993-cü ildən Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının sədri, Siyası Şuranın üzvüdür. 2000-2005-ci illərdə Milli Məclisin deputatı olub.İqtisadiyyata, təhlükəsizliyə, sosial həyata bir sıra əsərlər yazıb, kitablar çap etdirib. O, həm də şair-yazıçı kimi tanınırdı.Allah rəhmət eləsin!BAKU.WS
Oxşar xəbərlər
Bakı şəhərinin yeni icra başçısı Eldar Əzizov kimdir? - DOSYE
Azərbaycan Prezidenti İlham Əliyev Bakı Şəhər İcra Hakimiyyəti başçısı Eldar Əziz oğlu Əzizov kimdir?BAKU.WS xəbər verir ki, Əzizov Eldar Əziz oğlu 1957-ci il i...