Sabah toyu olacaq xanım taksi ilə qəzaya uğradı
Yeniliklərdən dərhal xəbərdar olun
Mingəçevirdə iki avtomobil toqquşdu, maşınlardan biri lil axını kanalına düşdü.
BAKU.WS “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, hadisə Günəşli yaşayış massivi birinci paralel küçəsində baş verib.
“Kia” markalı avtomobillə toqquşan “Mersedes” markalı taksi xidməti göstərən maşın toqquşmanın təsirindən idarəetməni itirərək lil axını kanalına düşüb.
İlkin məlumata görə, yaralı taksı sürücüsü xəstəxanaya aparılıb. Taksi kimi fəaliyyət göstərən şəxsin maşınında sərnişin xanım da olub.
Məlumata görə, xanımın sabah toyu olacaqdı.
Faktla bağlı araşdırma başlanıb.
Oxşar xəbərlər
6 qadının öldüyü kənd: "Yeznəm qızlarının və arvadının ölümündən xəbərsizdi" (FOTO)
Biz Bağırovlar ailəsinin yaşadığı ünvana çatanda heç kəsin ayaq üstə dayanmağa taqəti qalmamışdı. Kimi həyətin hasarına söykənmişdi, kimi də taybatay açılmış da...