“Sabah” - “Beşiktaş” matçından sonra xoşagəlməz hadisə: Futbolçu huşunu itirdi

“Sabah” - “Beşiktaş” matçından sonra xoşagəlməz hadisə: Futbolçu huşunu itirdi
Hadisə 121

“Sabah” - “Beşiktaş” xeyriyyə matçından sonra xoşagəlməz hadisə baş verib.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, Türkiyə klubunun futbolçusu Onur Bulut matçdan sonra paltardəyişmə otağına gedərkən huşunu itirərək yerə yıxılıb. Futbolçu dərhal xəstəxanaya qaldırılıb.

Matçdan sonra “Beşiktaş” klubunun baş məşqçi Şenol Güneş onun oyun ərzində başından zərbə aldığını, ancaq vəziyyətinin yaxşı olduğunu qeyd edib. Müayinələrdən sonra O. Bulutun durumuna tam aydınlıq gələcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər