Üç uşaq anasını meşəyə aparıb öldürdü - FOTO

Üç uşaq anasını meşəyə aparıb öldürdü - FOTO
Hadisə 496

Türkiyənin Uşak şəhərində kişi öz həyat yoldaşını meşəyə apararaq öldürüb.

BAKU.WS "Haber Global"a istinadən xəbər verir ki, Öndər Bulut həyat yoldaşı Nazifə Bulutu dostundan aldığı avtomobillə Uşak şəhər meşəsinə gətirib. Daha sonra Ö.Bulut avtomobildə gətirdiyi ov tüfəngindən atəş açaraq həyat yoldaşı Nazifə Bulutu başından güllələyib. Nəticədə Nazifə Bulut hadisə yerində ölüb.

Öndər Bulut böyük qardaşı A.R.Buluta zəng edərək arvadını öldürdüyünü və Uşak şəhər meşəsində olduqlarını, özünün də intihar edəcəyini bildirib.

Maşının sahibi ilə hadisə yerinə gələn qardaş Nazifə Bulutun cansız cəsədi və çənəsindən yaralanan Öndər Bulutla qarşılaşıb.

Hadisə yerinə polis və sağlamlıq qrupları sövq edilib. Sağlamlıq qrupları ağır yaralanan Öndər Bulutu Uşak Təhsil və Araşdırma Xəstəxanasına çatdırıb. Öndər Bulutun həyatının təhlükədə olduğu bildirilib. Nazifə Bulutun meyiti isə morqa aparılıb.

Üç uşaq anasını meşəyə aparıb öldürdü - FOTO

Üç uşaq anasını meşəyə aparıb öldürdü - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər