Saatlıda iki narkokuryer saxlanılıb

Saatlıda iki narkokuryer saxlanılıb
Hadisə 32

Saatlıda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən iki nəfər saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən 34 yaşlı Alxan Ağarəhimov və 35 yaşlı Elvin Mehdiyev saxlanılıb.

Onlardan 6 kiloqrama yaxın narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb. Alxan Ağarəhimov və Elvin Mehdiyev sosial şəbəkələrdə tanış olduqları şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər.

Faktla bağlı cinayət işi başlanıb, onlar barəsində həbs qətimkan tədbiri seçilib.

Son xəbərlər