İrəvan həbsxanasında qiyam: avtoritet qarşıdurma yaratdı
Ermənistanın paytaxtı İrəvanın "Nubaraşen" həbsxanasında qiyam baş verib.
BAKU.WS-in Erməni KİV-nə istinadən verdiyi məlumata görə, hər şey kriminal avtoritet Armen Aleksanyannın kamerasında axtarışdan sonra başlayıb. Kriminal avtoritet həbsxana nəzarətçilərinin axtarışından əsəbiləşərək məhkumları qiyama çağırıb. ""Qanuni oğrular" icazə verib. Qapıları sındırın", - deyə kriminal avtoritet çığırıb. Bundan sonra həbsxanada qiyam başlayıb. Məhkumlar nəzarətçilərin üzərinə yeriyiblər.
Kütləvi qarşıdurma nəticəsində 40 məhkum qapıları sındıraraq digər korpusa keçə biliblər. Faktla bağlı araşdırma aparılır.
BAKU.WS
Oxşar xəbərlər
“Lotu Quli” Bakıdakı qanlı atışma haqda
Aprelin 21-də Bakının Badamdar qəsəbəsindəki "Bulaq” restoranında atışma qeydə alınıb. Məlumata görə, restoranın müştəriləri arasında iri məbləğdə pul üstündə m...