Rusiyadan Gəncəyə uçmalı olan reys ləğv oldu - Sərnişinlər AEROPORTDA QALDI

Rusiyanın paytaxtı Moskvada yerləşən Vnukovo hava limanından Gəncə şəhərinə çıxmalı olan reys 25 saatdır ki yubanır.
Bu barədə BAKU.WS-in "qaynar xətti"nə reyslə Azərbaycana gəlməli olan həmyerlilərimizdən biri məlumat verib.
O bildirib ki, "UTAİR" aviaşirkətinə məxsus, ötən gün saat 05:40-da havaya qalxmalı olan Moskva-Gəncə reysi 20 saata yaxın gecikib, daha sonra isə ləğv olunub. Hazırda sərnişinlər hava limanında qalır və onlara dəqiq məlumat verilmir:
"Bizə deyirlər ki, Gəncə sizi qəbul etmir. Ancaq bilirik ki, bu yalan xəbərdir. Gəncə hava limanı ilə də danışdıq, ordan da deyildi ki, Moskva tərəfi sizi buraxmalıdır. Biz tərəfdən bir problem yoxdur. İndi də Vnukovodan deyirlər ki təyyarədə problem var. Bizə burada pis rəftar edirlər, üstəlik heç bir nümayəndə suallarımızı cavablandırmır", - deyə şikayətçi vurğulayıb.
Hava limanından kadrları təqdim edirik:
Oxşar xəbərlər
Yuxulu sürücü qəzaya səbəb oldu - Xəsarət alan var
Goranboy rayonunun Dəliməmmədli kəndində yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, 10-SK-992 dövlət nömrə nişanlı avtomobil i...