Rusiyada neft anbarındakı güclü yanğının görüntüləri yayılıb

Rusiyanın Perm diyarının Osentsy kəndinin sənaye zonasında yerləşən özəl neft anbarında güclü yanğının görüntüləri yayılıb.
BAKU.WS xəbər verir ki, video ölkənin Fövqəladə Hallar Nazirliyi tərəfindən teleqram kanalında dərc olunub.
Görüntülərə görə, hadisə yerində vəziyyət güclü küləklə daha da mürəkkəbləşib.
Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğının sahəsi 10 min kvadratmetr təşkil edib. Yanacaq qablarını əhatə edən yanğının qarşısı alınıb.
"Rusiya Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğının fərdi yaşayış binalarına, inzibati binalara və quru bitki örtüyünə keçməsinə imkan verməyiblər", - deyə idarədən bildirilib.
Perm vilayətində neft bazasında yanğın cümə günü, oktyabrın 4-də başlayıb. Hadisənin səbəbi ilə bağlı hələlik heç bir məlumat verilməyib. Eyni zamanda Voronej vilayətindəki neft bazasında yanğın qeydə alınıb. Hadisə Ukrayna Silahlı Qüvvələrinə məxsus pilotsuz təyyarənin düşməsi nəticəsində yaranıb.
Oxşar xəbərlər
Azərbaycanda AĞIR QƏZA: Ölən və xəsarət alan qadınların ADLARI
Oğuz rayonunda bir nəfərin ölümü, daha bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə Qaraməryəm...
