Rusiyada azərbaycanlı sahibkarlardan rüşvət alan yüksəkrütbəli polislər saxlanılıblar

Rusiyanın Leninqrad vilayətinin Vsevolojsk rayonunun 87, 88, 97 və 128-ci polis bölmələrinin yüksəkrütbəli əməkdaşları saxlanılıblar.
BAKU.WS Oxu.Az-a istinadən istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.
Əməliyyatı Rusiya Daxili İşlər Nazirliyinin Daxili Təhlükəsizlik Baş İdarəsinin əməkdaşları keçiriblər.
Qeyd olunub ki, azərbaycanəsilli sahibkarlar onlara himayə etsinlər deyə Vsevolojsk rayon polis əməkdaşlarına 154 min rubl (təxminən 3.3 min manat - red.) pul verib. Öz növbəsində, vəzifəli şəxslər sahibkarların keyfiyyətsiz tütün və spirtli içkilər satmasına göz yumublar.
Həmçinin şübhəli bilinən polis əməkdaşlarının yaşadığı evlərdə və sahibkarların ticarət obyektlərində axtarışlar aparılıb.
Oxşar xəbərlər
Dağıstanın Azərbaycanla sərhəd rayonunda içməli sudan kütləvi zəhərlənmə olub
Dağıstanın Azərbaycanla sərhəddə yerləşən Məhərrəmkənd rayonunda içməli sudan kütləvi zəhərlənmə olub. BAKU.WS apa-ya istinadən xəbər verir ki, sudan dezinteriy...