Rusiyada Azərbaycan vətəndaşı iki il müddətinə həbs olundu

Surqut Şəhər Məhkəməsi (Rusiya Federasiyası) Azərbaycan vətəndaşını yenidən Rusiya sərhədini qanunsuz keçdiyinə görə ciddi rejimli cəzaçəkmə müəssisəsində 2 il müddətinə azadlıqdan məhrum edib. Həmin şəxs əvvəllər ölkədən deportasiya edilib və 6 il ölkəyə girişi qadağan edilib.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə "Sudı Yugrı" "Telegram" kanalı məlumat yayıb.
Müəyyən edilib ki, 2022-ci ildə qəsdən törətdiyi cinayətə görə cəzasını çəkdikdən sonra sözügedən şəxs Rusiyadan deportasiya edilib. Lakin qadağaya baxmayaraq, o, yenidən Qazaxıstan ərazisindən Rusiya sərhədini qanunsuz keçib.
Məhkəmə onun təkrar törətdiyi cinayətləri və əvvəllər oğurluğa görə məhkumluğunu nəzərə alıb.
Məhkum təqsirini etiraf edərək xüsusi məhkəmə istintaqının aparılması barədə vəsatət qaldırsa da, hökmlə razılaşmayaraq apellyasiya şikayəti verib. Cinayətkar 2023-cü ilin avqustundan 2024-cü ilin may ayına qədər Rusiyada olub, bundan sonra məcburi deportasiya cəhdi zamanı saxlanılıb.
Oxşar xəbərlər
Ağır qəzada xəsarət alan ANAMA əməkdaşı 4 gün sonra vəfat etdi: Qardaşı hadisə günü ölmüşdü
Beyləqanda baş verən qəza zamanı ağır xəsarət alan qardaşlardan biri də xəstəxanada ölüb. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, oktyabrın 13-də Beyləqan ra...
