Rusiya SOCAR-ın Odessadakı neft bazasına zərbə endirib
Yeniliklərdən dərhal xəbərdar olun
Avqustun 8-nə keçən gecə Rusiya Silahlı Qüvvələri Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Ukraynanın Odessa vilayətində yerləşən neft bazasına "Şahed" pilotsuz uçuş aparatları ilə hücum edib. PUA zərbələri yanğına səbəb olub və dizel yanacağı nəql edilən boru kəmərinə ziyan vurub.
Bu barədə "RBK-Ukrayna"ya hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib.
Mənbələrin məlumatına görə, yanğın qısa zamanda lokallaşdırılıb. Zərbələr nəticəsində 4 əməkdaş ağır yaralanıb, onlara təcili tibbi yardım göstərilib.
Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Təcili bərpa işləri aparılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....