Rusiya azərbaycanlını İnterpola verdi

Rusiya azərbaycanlını İnterpola verdi
Hadisə 1077

 

Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Analitik Mərkəzi və Federal Təhlükəsizlik Xidməti ( FSB) Ukrayna Qarapapaq Türkləri Milli Şurasının (UQTMŞ) Sədri, Gürcüstan, Mərakeş Krallığı və Malta vətdaşlıqları olan, Daşqın Gülməmmədov haqqında MDB məkanı üzrə qırmızı bületenlə dövlətlərarası axtarış elan edib.

BAKU.WS-in məlumatına görə, bu barədə İnterpolun Ukrayna Milli Mərkəzi Bürosunun rəisi, general-mayor Vasili Nevolya bildirib. UQTMŞ sədri Daşqın Gülmməmmədov milli ayrı-seçkilik salmaqda və rasizmdə günahlandırılır.

Bu gün Moskva vaxtı saat 09.00-dan etibarən Rusiya DİN-nin Daşqın Gülməmmədov haqqında elan etdiyi dövlətlərarası axtarış barədə informasiya, Moskva Basmannı Rayonu Dairə Məhkəməsinin qətnaməsi və RF Federal Təhlükəsizlik Xidməti Kollegiyasının qərarı Rusiya, Qazağıxstan, Ermənistan, Belorus, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacigistan, Gürcüstan, həmçinin MDB-dən kənar İsveçrə Konfederasiyası, Birləşmiş Ərəb Əmirlikləri, İrodaniya, Misir, Rumıniya, Macarıstan, İspaniya, İran, Fransa, Kanada, ÇİN, Şimali Koreya, Suriya, Mərakeş və Malta DİN-in, Xüsusi Xidmət qurumlarının və Sərhəd Xidmətlərinin məlumat bazasına oturdulub. Rusiya DİN Daşqın Gülməmmədovun dərhal həbs edilməsi şərtini qoyub.

Bu məlumatı Qafqaz Qarapapaq Türkləri Konfederasiyasının (QQTK) Prezidenti Elmar Həsənov təsdiq edib. O, qeyd edib ki, informasiya dəqiqdir və hazırda qabaqlayıcı tədbirlərin, o cümlədən beynəxalq təşkilatların məsələyə reaksiya verməsi ilə məşğuluq. UQTMŞ Sədri Daşqın Gülməmmədovun Rusiya DİN tərfindən dövlətlərarası axtarışa verilməsi, onun Ukraynadakı fəaliyyəti, Ukraynaının ərazi bütövlüyü uğrunda fəal çıxışları və Krım tatarlarının hüquqlarının müdafiə etməsi ilə bağlıdır. Elmar Həsənov bildirib ki, biz bu problemi qabaqcadan təxmin etmişdik və hər şeyə hazırıq. Rusiya bizi sahibsiz bilməsin. Ancaq yenə də məslənin hələlik diplomatik yolla və şəxsi kanallar vasitəsi ilə ardan qaldırılması istiqamətində operativ iş aparırıq.

Şahin Həbibov

BAKU.WS

Oxşar xəbərlər

MTN-in daha bir idarə rəisi vəzifəsindən azad edildi

MTN-in daha bir idarə rəisi vəzifəsindən azad edildi

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) doqquz yüksək vəzifəli əməkdaşının işdən azad olunması ilə bağlı xəbər vermişdik. BAKU.WS-in Trend-ə istinadən verdiyi m...

2056 Hadisə 12:51 24 oktyabr 2015

Son xəbərlər