Rüfət Nasosnu: "Rəşad Dağlının bıçağı mənə batmayıb"

Rüfət Nasosnu: Rəşad Dağlının bıçağı mənə batmayıb
Hadisə 7205
Məşhur meyxanaçı Rəşad Dağlının Rüfət Nasosnu kimi tanınan həmkarını bıçaqladığı xəbəri yayılıb. Yayılan xəbərlə bağlı meyxanaçı Rüfət Nasosnu BAKU.WS-ə açıqlama verib. Onun sözlərinə görə, Rəşadla aralarında heç bir dava olmayıb: "Rəşadla biz bir birimizin evinə gedən adamlarıq. 17 ildir ki, biz dostluq edirik. Aramızda heç bir münaqişə olmayıb. Sonuncu dəfə Rəşadla 27 sentyabrda bir məclisdə olmuşuq. Ayın 30-da zəngləşib hal-əhval tutmuşuq. Ayağımdan yaralanmamışam və evimdəyəm. Birazdan da çıxıb gedib işlərimlə məşğul olacam". Xatırladaq ki, yayılan məlumatlarda Rəşadla Rüfət arasında məclislərdən birində mübahisə baş verdiyi iddia olunur. Xəbərdə qeyd edilir ki, sözləri çəpləşən həmkarlar vəziyyəti aydınlaşdırmaq üçün məclisdən sonra oturub danışıb və Rəşad həmkarını bıçaqlayıb. ŞahinBAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər