Qubada avtomobil ana və iki azyaşlı uşağını vurub: ÖLƏN VAR
Yeniliklərdən dərhal xəbərdar olun
Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Vəlvələ kəndi ərazində qeydə alınıb.
Quba rayon sakini Məmmədov Süleyman Firudin oğlu idarə etdiyi “Hyundai” markalı avtomaşınla yolu keçən 1981-ci il təvəllüdlü Günay Fərzəliyeva və iki övladını vurub.
Quba rayonu Çingiz Mürsəlov adına Vəlvələ kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Günay Fərzəliyeva hadisə yerində ölüb. Onun azyaşlı övladları isə ağır xəsarətlərlə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırmalar aparılır.
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...