Rövşanə ilə Nagehan arasında qalmaqal: "Ərə getmək" deyə tutdurmusunuz" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Aparıcı Rövşanə Ağasəfqızı bu dəfə də türkəsilli azərbaycanlı bloger Nagehan Abdullayeva ilə qalmaqal yaşayıb.
BAKU.WS xəbər verir ki, aparıcının "Space səhər" verilişində iştirak edən Nagehan onun qərəzli sualları ilə qarşılaşıb.
Rövşanə Nagehanın instaqramdakı populyarlığını sadəcə azərbaycanlı bir bəylə ailə qurması ilə əlaqələndirib.
Aparıcının bu sözləri Nagehanı özündən çıxarıb.
O, Ağasəfqızına verilişindəki insanları təhqir etdiyini bildirib:
"Xahiş edirəm sözlərinizə diqqət edin. Mən özümü ərə getməklə populyarlaşdırmamışam. Zatən instaqramda müəyyən qədər gündəmə gəlmişdim. Sonra izdivac verilişinə çıxdım. Elə danışırsız ki, mən şokdayam. Əminəm ki, izləyicilərim də reaksiyalarını gizlədə bilmirlər. Siz niyə bu qədər ərə getməyə ilişmisiz? Sizin işinizin məğzi nədir? İnsanları əzib, tənqid etmək? Davamlı olaraq "ərə getmək" deyirsiz. Bu, xoşagəlməzdir. Mən ona görə cavab vermək istəmirəm. "Ərə getmək" deyə tutdurmusunuz".
Xatırladaq ki, Nagehan Rövşanə Ağasəfqızının "Space səhər" verilişində mübahisə edərək qalmaqal yaşadığı ilk tanınmış deyil. Aparıcı bundan əvvəl də proqramda Əməkdar artistlər İlkin Əhmədov və Nigar Şabanova ilə qalmaqal yaşayıb.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...