Rok festivalının keçirildiyi yerə ildırım düşdü: 51 yaralı

Rok festivalının keçirildiyi yerə ildırım düşdü: 51 yaralı
Hadisə 1081
 

Almaniyanın Mendiq şəhərində açıq səma altında keçirilən "Rock am Ring" rok festivalı zamanı ildırım düşməsi nəticəsində ən azı 51 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, bundan əvvəl festivalın təşkilatçıları 42 nəfərin xəsarət aldığını, onlardan 8-nin vəziyyətinin ağır olduğunu bildirirdilər.

"Reuters" agentliyi yerli polisə istinadən məlumat verir ki, xəsarət alanların sayı 51 nəfərə çatıb. Səhər saatlarında əksər zərərçəkənlər tibbi yardım üçün müraciət ediblər.

BAKU.WS

Son xəbərlər