Robert Koçaryanın oğullarının adı qalmaqalda: Növbə müğənni gəlininə də çatdı
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanın sabiq prezidenti Robert Koçaryanın saxlanılmasından sonra onun gəlini - tanınmış müğənni Siruşoya məxsus "Pregomesh" zərgərlik brendinin ofis və mağazalarında axtarış tədbirləri həyata keçirilir.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki bu barədə məlumatı Ermənistan kütləvi informasiya vasitələri yayıb.
Hazırda vəkil Aleksandr Koçubayev müğənni Siruşonun ofisinə yollanır. Onun həmkarı Erik Aleksanyan isə Robert Koçaryanın kiçik oğlu Levon Koçaryanın mənzilindədir, orada yoxlanışlar hələ də davam edir.
*** 09:20
Ermənistanın ikinci prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a "Ermənistan" blokunun deputatı Aqnessa Xamoyan bildirib.
Vergi xidməti Köçəryanlar ailəsinə məxsus "Toyota" salonunu möhürləyib. Həmçinin "Oranj fitnes" idman kompleksində istintaq hərəkətləri həyata keçirilir. Səhər saatlarından etibarən Robert Köçəryanın oğlu Levonun evində axtarışlar aparılır. Antikorrupsiya Komitəsindən bildirilib ki, cinayət işinin icraatı çərçivəsində onlarla ünvanda axtarışlar və digər prosessual hərəkətlər həyata keçirilir.
Oxşar xəbərlər
Həkimin öldü dediyi körpə morqda 4 saat sağ qalıb
ABŞ-nin Arizona ştatında hovuzda boğulma təhlükəsi keçirən 18 aylıq körpə həkimin səhlənkarlığı nəticəsində ölü elan edilərək morqa aparılıb. Körpənin təxminən...