Restoranda qumarxana təşkil edənlərə hökm oxunub
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda restoranda qumarxana təşkil etməkdə təqsirləndirilən şəxslərə hökm oxunub.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Binəqədi rayonu ərazində yerləşən “Şabalıd” restoranının qumarxana təşkil olunması ilə bağlı məlumat daxil olub.
Məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində restoranın kabinetində 3 nəfərin qumar oynadığı aşkarlanıb.
Kabinetdən qumar oyunları üçün nəzərdə tutulmuş 3 ədəd kart dəstləri və qumar oyunları üçün nəzərdə tutulmuş 1232 manat pul vəsaiti aşkar edilərək götürülüb.
Faktla bağlı restoranın icarədarı F.M (ad, soyad şərtidir) və ofisiantı D.R (ad, soyad şərtidir) barəsində Cinayət Məcəlləsinin 244-1.2.2-ci (qumar oyunu təşkil etmə) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə aparılan istintaq başa çatdırılaraq baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin hökmü ilə hər iki şəxsə 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası verilib.
Onlar elektron qolbaq taxacaqlar.
Oxşar xəbərlər
Nişanlı qızı çöllükdə oğlanla görüşdürdü, 13 yaşlı bacısını maşında dəfələrlə zorladı, sonra... – Azərbaycanda ŞOK
Sabirabad rayonunda seksual xarakterli hərəkətlər etməkdə və oğurluqda ittiham olunan 1975-ci il təvəllüdlü Mehdi Mehdiyevin (cinayət işi üzrə adı keçən şəxslər...