Rəşid Behbudovun Ukraynada yaşayan məşhur bacısı oğlu vəfat etdi
27
sen
2019
09:52
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ukraynada yaşayan azərbaycanlı müğənni Cəfər Behbudov vəfat edib.BAKU.WS “modern.az”a istinadən xəbər verir ki, müğənni sentyabrın 26-da səhər saatlarında Ukraynada dünyasını dəyişib.Cəfər Behbudov Azərbaycanın dünya şöhrətli müğənnisi, mərhum Rəşid Behbudovun bacısı oğludur.O, 90-cı illərin əvvəlində Azərbaycanı tərk edərək Ukraynada - Kiyev şəhərində köçmüşdü. O, vaxtilə Azərbaycan estradasının ən parlaq ulduzlarından sayılırdı.Ukrayna mədəni həyatında fəal iştrak edən Cəfər Behbudov ömrünün son illərində qapalı həyat sürürdü ...Cəfər Behbudov Azərbaycandan küsüb getmişdi. O, modern.az-a verdiyi müsahibədə belə demişdi ...Cəfər Behbudovun anası, mərhum Nəcibə Behbudova 7 dekabr 1999-cu ildə Bakıda vəfat edib.Teatr rejissoru Ağaəli Məstanovla ailə qurmuş Nəcibə xanımın 2 övladı dünyaya gəlib: Firuzə və Cəfər.Əməkdar artist Nəcibə Behbudova "Bəyin oğurlanması"da Bibixanım, "Ulduz"da Tamam xala, "Fəryad" filmində erməni qadın kimi obrazlarla yadda qalıb ...Allah rəhmət eləsin!
Oxşar xəbərlər
Bakıda yüksək vəzifəli məmurun ailəsinə ağır itki
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sosial xidmətlər və proqramlar şöbəsinin müdiri Vüqar Behbudova ağır itki üz...