Rəşad Dağlının cəza çəkəcəyi yer məlum oldu - YENİLƏNİB - VİDEO

Rəşad Dağlının cəza çəkəcəyi yer məlum oldu - YENİLƏNİB - VİDEO
Video
Hadisə 8090

Qətl törətməkdə təqsirləndirilən tanınmış meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) bir neçə gün Qaradağ rayon Polis İdarəsindı saxlanacaq.

BAKU.WS xəbər verir ki, Rəşad Dağlı bir neçə gün sonra Kürdəxanıdakı cəzaçəkmə müəssisəinə köçürüləcək.

***21:10

Qətl törətməkdə təqsirləndirilən tanınmış meyxanaçı Rəşad Əmirovun (Rəşad Dağlı) barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

BAKU.WS-in hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, bu barədə qərar Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Qurbanovun sədrliyi ilə keçirilən prosesdə qəbul edilib.

Qeyd edək ki, noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Sosial şəbəkədə gedən müzakirələrə görə, Rəşad Dağlı və İskəndər Mehtiyev arasında mübahisə sənətçinin dediyi meyxanalardan birinə görə yaranıb. Bəhs olunan meyxanada Rəşad Dağlı narkotik satanları sərt tənqid edib.

Son xəbərlər