Rəşad Dağlı məhkəməyə gətirilib - FOTO/VİDEO - YENİLƏNİB - İnsan izdihamı yaşanır

Rəşad Dağlı məhkəməyə gətirilib - FOTO/VİDEO - YENİLƏNİB - İnsan izdihamı yaşanır
Foto Video
Hadisə 3379

Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) Qaradağ Rayon Prokurorluğunda dindirildikdən sonra Qaradağ Rayon Məhkəməsinə gətirilib.

BAKU.WS-in hadisə yerində olan müxbirinin sözlərinə görə, onu hüquq-mühafizə orqanlarının əməkdaşları müşayət ediblər. Rəşad Dağlının barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.

Prosesə hakim Teymur Qurbanov sədrlik edəcək.

***19:37

Tanınmış meyxanaçı Rəşad Dağlıya görə onun dostları, pərəstişkarları və sevənləri Qaradağ rayon Prokurorluğunun qabağında toplaşıblar.

BAKU.WS-in hadisə yerində olan müxbirinin sözlərinə görə, insanlar tanınmış meyxanaçı barədə məlumat almağa çalışırlar.

Qeyd edək ki, Rəşad Dağlı bu saatlarda məhkəməyə aparılacaq. Xatırladaq ki, noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Sosial şəbəkədə gedən müzakirələrə görə, Rəşad Dağlı və İskəndər Mehtiyev arasında mübahisə sənətçinin dediyi meyxanalardan birinə görə yaranıb. Bəhs olunan meyxanada Rəşad Dağlı narkotik satanları sərt tənqid edib.

Son xəbərlər