"Reina" terrorçusu hər şeyi danışdı - Maşaripovun ifadəsinin TAM MƏTNİ
Yeniliklərdən dərhal xəbərdar olun
Yeni il gecəsi İstanbulun "Reina” klubunda 39 nəfəri qətlə yetirən terrorçu Əbdülqədir Maşaripovun polisə verdiyi ifadəsinin tam mətni açıqlanıb. BAKU.WS xəbər verir ki, Maşaripov təlimatı İŞİD liderlərindən olan Əbu Cihaddan aldığını deyib.
«Türkiyəyə 2016-cı ildə qeyri-qanuni yollarla gəldim. 4 ay ailəmlə birlikdə Zeytinburnunda qaldıq. Sonra Qayaşəhərə köçdük. 2016-cı ilin noyabr ayında Suriyadakı İŞİD əmirinin təlimatı ilə Konyaya köçdük. 1 ay orda qaldıqdan sonra İstanbula gəldim…
İŞİD rəhbərliyi ilə "Telegram” proqramı vasitəsilə əlaqə saxlayırdıq. İŞİD-in Suriyadakı əmiri zəng edib Türkiyəd terror aktı barədə təlimat verdi. Dekabrın 26-da terror barədə planı həyata keçirməyə başladım. Həmin gecə bir nəfər "Telegram”dan məni avtobus dayanacağına çağırdı. Rusca danışan qafqaz əsilli biri yanıma gəldi. Mənə yaddaş kartı və 700 lirə verdi və yeni ev kirələməyi tapşırdı. Evə gedib yaddaş kartına baxdım. Terrorla bağlı Əbu Cihad adlı bir nəfərin rusca səs yazısı var idi. Dekabrın 27-də Taksimdə kamerayla ətrafı çəkdim. Sonra Başakşəhərdə tutduğum yeni evə getdim. Ailəmi da oraya apardım...
...Terror aktında istifadə etdiyim silahı yeni il gecəsindən 2 gün əvvəl rus dilində danışan, qafaqzlı bir başqa terrorçu verdi. Palana əsasən Taksimdəki xarici vətəndaşlara atəş açmalı, ya da özümü opartlatmalı idim. Amma hava yağışlı idi. Taksimə silahla gəlməyin çətin olacağını düşündüm. Əbu Cihada Taksimdə çox adam olmayacağını yazdım. Bundan sonra ondan yeni təlimat gəldi. Dedi ki, bu saatda Taksimdə heç kim olmaz, "Reina” adlı bir klub var, orada terror törədə bilərəm. Taksiyə minib silahsız halda "Reina”ya getdim. Ətrafı izlədim, içəri girmədim. Əbu Cihaddan içəridən görüntü istədim. Mənə içəridə oynayanların videosunu atdı. Avtomatı əl çantasına qoydum, mağazaları isə bel çantama. Bombaları cibimə qoyub "Reina”ya getdim. Yolda telefonumu sındırıb atdım. Qapının ağzında polis var idi. İçəri girmək üçün onu vurdum. İçəri girəndə hədəf seçmədən maqazinlər boşalana qədər ətrafa atəş açdım. Ardınca da iki əl bombası atdım. Gödəkcəmi niyə çıxardığımı xatırlamıram. Bombalarından biri əlimdə partladı, əlim yaralandı. Öldüyümü düşündüm. Az sonra özümə gəldim, ayağa qalxıb çölə çıxdım”.
Terrorçu ifadəsində bildirib ki, hadisədən iki gün sonra Bakırköydə polislər onu saxlayıb. "Yolda maşınımızı polis saxladı. Arxada oturmuşdum. Polis diqqətlə mənə baxdı, biri isə başını pəncərədən içəri saldı. O an ona başından atəş açmağı düşündüm. Son anda fikrimi dəyişdim. Polislərə atəş açıb qaçdıq. Polis bir qədər bizi təqib etdikdən sonra yox oldular. Maşından düşüb bir binada gecəyə qədər gözlədim. Silahı da orada gizlətdim. Əbu Cihada yazdım. Əbu Cihad dalımca bir iraqlı göndərdi. Mənə dedi, ölü kimi yaşa və heç bir yerə tərpənmə. Amma bir neçə gün sonra elə həmin evdə yaxalandım”.
Qeyd edək ki, terror aktından sonra Maşaripovun "Əbu Cihad” dediyi şəxs də saxlanılıb.
BAKU.WS
Oxşar xəbərlər
Terrorçunun noutbukundakı yazışlamar ələ keçdi, polislər dəhşətə gəldi - FOTO
İstanbulda "Reina" klubunda 39 nəfəri qətlə yetirən terrorçu Abdulqadir Maşaripovun noutbuku ələ keçirilib. Milli.Az "Vatan"a istinadla bildirir ki, noutbukdan...