Rasim Balayev xəstəxanaya yerləşdirildi

Rasim Balayev xəstəxanaya yerləşdirildi
Hadisə 161

Azərbaycanın Xalq artisti, məşhur aktyor Rasim Balayevin səhhətində problemlər yaranıb.

BAKU.WS xəbər verir ki, bunu Report-a açıqlamasında Xalq artisti özü bildirib.

O deyib ki, hazırda xəstəxanada müalicə alır. “Ötən gün əməliyyat olundum. Mədəmdə polip vardı, həkimlər onu götürdülər. Hazırda yaxşıyam. Bu gün son yoxlanışlardan keçib evə buraxılacam”.

Qeyd edək ki, R.Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. Xalq artisti iki ay əvvəl səhhətində yaranan narahatlığa görə uroloji əməliyyat olmuşdu.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər