Rasim Balayevin cənazəsi gecə təyyarə ilə İstanbuldan Bakıya göndəriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Xalq artisti, aktyor Rasim Balayevin cənazəsi axşam, yerli vaxtla saat 22:25-də Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə ilə İstanbul Hava Limanından Bakıya yola salınacaq.
BAKU.WS bu barədə APA-a ya istinadən xəbər verir.
Cənazəni gətirən təyyarənin 30 mart, saat 02:15-də Heydər Əliyev Beynəlxalq Aeroportuna enməsi gözlənilir.
Aktyorla vida və dəfn mərasimi sabah keçiriləcək
***
Xalq artisti Rasim Balayev Birinci Fəxri xiyabanda dəfn olunacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu gün axşam saatlarında Xalq artistinin cənazəsinin Bakıya gətirilməsi nəzərdə tutulub.
Sabah isə mərhum sənətkarla Akademik Milli Dram Tetarında vida mərasiminin keçirilməsi, ardınca isə Birinci Fəxri xiyabanda dəfn edilməsi planlaşdırılır.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Problemin həlli Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən nəzarətə götürülüb və ərazi aidiyyəti üzrə DYP əməkdaşlarının təşəbbüsü ilə təhlükə aradan qaldırılıb....