İranlı narkotacirlərin Azərbaycandakı növbəti narkokuryeri saxlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
İranlı narkotacirlərin ölkəmizdəki növbəti narkokuryeri saxlanılıb.
Bu barədə BAKU.WS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1996-cı il təvəllüdlü Abşeron rayon sakini İlqar Kərimli saxlanılıb.
Həmin şəxsdən külli miqdarda 2 kiloqram 355 qram narkotik vasitə olan heroin aşkar edilib. Saxlanılan şəxs heroini sosial şəbəkələrdə tanış olduğu “Həsən” adlı İran vətəndaşı ilə cinayət əlaqəsinə girərək paytaxt ərazisində satmaq məqsədi ilə əldə etdiyini bildirib. İ.Kərimli barəsində araşdırmalar davam etdirilir.
Qalereya
Oxşar xəbərlər
Polis əməliyyatlar keçirib, daha 21 nəfər saxlanılıb - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini və qaçaq...