İranlı narkotacir Bakı sakinləri ilə əlaqə quraraq narkokuryerlik təklif edir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Özünü “iranlı” kimi təqdim edən şəxs vətəndaşlara zəng vuraraq, narkotik satmağı təklif edib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.
Görüntülərdə əks olunub ki, Rza adlı şəxs tanımadığı insanlara zəng edərək onlara narkokuryerlik təklif edir.
Narkotacir Bakının “NZS qəsəbəsi” adlanan ərazisində narkotik anbarının olduğunu, “müştəri”nin oradan narkotik ala biləcəyini qeyd edib.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən bildirilib ki, nazirlik sözügedən videogörüntülər barədə məlumatlıdır.
Qeyd edək ki, bu kimi təkliflərlə qarşılaşdıqlarını, xüsusilə axşam saatlarında zənglər aldıqlarını iddia edən sakinlər bu barədə həmin paylaşımın şərh bölməsində məlumat veriblər.
Narkotacirin telefon danışığını əks etdirən görüntüləri təqdim edirik:
Oxşar xəbərlər
Bərdədə dəhşət: 48 yaşlı kişi qardaşı qızına dəfələrlə təcavüz etdi - Şok təfərrüat
Bərdə rayonunda 1973-cü il təvəllüdlü Məmməd ögey qardaşının qızı Pərvanəyə (adlar şərti verilib - red.) təcavüz edib. BAKU.WS Teleqraf.com-a istinadən bildirir...