“Range Rover”i saatda 200-lə sürən qadın saxlanıldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Range Rover”i 200 km/saat sürətlə idarə edən qadın sürücü saxlanılıb.
BAKU.WS xəbər verir ki, bu barədə Baş DYP İdarəsinin ictimaətlə əlaqələr şöbəsi məlumat yayıb.
Qeyd edilib ki, “Range Rover” markalı 77-ES-777 nömrə nişanlı avtomobili 200 km/saat sürətlə idarə edərək videoya çəkən sürücü Axundzadə Əsmət Roman qızı yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Baş DYP İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq barəsində müvafiq sənədləşmə aparılmışdır.
Bir daha bütün yol hərəkət iştirakçılarına müraciət edərək bildiririk ki, reytinq xətrinə bu kimi qayda pozuntularına yol verməsinlər. Nəzərə alsınlar ki, belə şəxslər barəsində ciddi tənbeh tədbirləri görüləcək.
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...