İrandan gələn qadın daxili orqanında narkotik keçirmək istədi - FOTO

İrandan gələn qadın daxili orqanında narkotik keçirmək istədi - FOTO
Hadisə 1354

İran İslam Respublikasından gələn qadın Astara gömrük postunda saxlanılıb.

Bu barədə qurumun mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Şifahi sorğu-sual zamanı qadın üzərində gömrük nəzarətindən gizlədilmiş hər hansı predmetin olmadığını bildirib.

Lakin şəxsi yoxlama zamanı onun daxili orqanlarında narkotik vasitə gizlətdiyini ehtimal edilib və o, müayinə olunması üçün Astara Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Rentgen müayinəsi zamanı vətəndaşın düz bağırsağında 2 ədəd bükümdə, qablaşdırması ilə birgə çəkisi 22 qram olan psixotrop maddə - metamfetamin, 51 ədəd üzərində "M40" yazısı olan "metadon" həbi aşkarlanıb.

Qeyd edək ki, metadon "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na, metamfetamin isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddələrin I Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

İrandan gələn qadın daxili orqanında narkotik keçirmək istədi - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər