İrandan Bakıya su butulkalarında narkotik gətirmək istədilər - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İrandan Bakı şəhərinə “plastik mətbəx əşyaları və şüşə qablar” yükü gətirən həmin ölkə vətəndaşının idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirilib.
Dövlət Gömrük Komitəsindən BAKU.WS-ə verilən xəbərə görə, yoxlama zamanı yüklərin içərisində plastik su qablarında qablaşdırılmaqla gömrük nəzarətindən gizlədilən, xüsusilə külli miqdarda narkotik vasitə - 4 kq 65 qram heroin və 868 qram psixotrop maddə olan metamfetamin aşkar edilib.
Hazırda zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Oxşar xəbərlər
Polis əməliyyatlar keçirib, daha 21 nəfər saxlanılıb - VİDEO
Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsini və qaçaq...