İranda tələbəyə ağır həbs cəzası verilib - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Siyasi baxışlarına görə Təbrizin “Şəhid Mədəni” Universitetindən qovulan güneyli tələbə fəal Armita Pavir Azərşəhr İnqilab Məhkəməsi tərəfindən ümumilikdə 22 ay 17 gün həbs cəzasına məhkum edilib.
Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər yayıb.
Məlumata görə, güneyli tələbəyə rəhbəri (Xameneini) təhqir etmək ittihamı ilə 7 ay 16 gün, “dövlət quruluşu əleyhinə təbliğat aparmaq ittihamı ilə isə 15 ay 1 gün həbs cəzası verilib.
Xatırladaq ki, psixoloji işgəncələr və ağır məhdudiyyətlər altında həbsdə olan Armita Pavir daha öncə göyərtəsində 176 sərnişin olan Ukrayna sərnişin təyyarəsinin 2020-ci il yanvarın 3-də Tehran səmasında SEPAH tərəfindən raketlə vurulmasına etiraz etdiyinə görə bir il müddətinə təhsildən məhrum edilmişdi.
Oxşar xəbərlər
İranda törədilən partlayışlarda ölənlərin sayı 188-ə çatıb - VİDEO - YENİLƏNİB
İranın Kirman vilayətində baş verən partlayışlar nəticəsində ölənlərin sayı 188 nəfərə çatıb. BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə İranın yerli...