İranda kimya zavodunda yanğın baş verib - FOTO

İranda kimya zavodunda yanğın baş verib - FOTO
Foto
Hadisə 75

Bu gün saat 06:00 radələrində İranın Qum vilayətində kimya zavodunda güclü yanğın baş verib.

BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu İranın Qum vilayətinin yanğınsöndürmə idarəsinin sözçüsü Həmid Kərimi deyib.

H.Kəriminin sözlərinə görə, baş verən yanğın nəticəsində bir neçə partlayış qeydə alınıb. Hadisə yerinə 100-dən çox yanğınsöndürmə maşını cəlb olunub.

Kərimi əlavə edib ki, hadisədə ikisi yanğınsöndürmə maşını olmaqla 5 avtomobil yanıb. 2 yanğınsöndürmə əməkdaşı yaralanıb.

İranlı rəsmi yanğının söndürüldüyünü bildirib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər