İran parlamentinin spikeri Azərbaycana səfər edəcək

31
okt
2022
08:25
İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf Azərbaycana səfər edəcək.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Hüseyn Əmirabdullahiyan azərbaycanlı həmkarı Ceyhun Bayramovla telefon danışığında deyib.
M.Qalibafın Bakıya gəlişinin tarixi açıqlamayan H.Əmirabdullahiyan səfərin iki ölkənin əlaqələrinin inkişafında müsbət rol oynayacağını qeyd edib.
C.Bayramov da İran parlamentinin spikerinin Azərbaycana səfərini müsbət qiymətləndirib.
Oxşar xəbərlər
“Səbinə ilə intim fotolarımızı ərinə göndərdim” - Azərbaycanda şok olayın təfərrüatı
Mingəçevir şəhər sakini, 1988-ci il təvəllüdlü Məhəmməd Əliyev qadına təcavüz etməkdə, şantaj və sağlamlığa xəsarət yetirməkdə ittiham olunub. BAKU.WS “teleqraf...
