Ramzan Kadırov 5 yaşlı uşağa maşın bağışladı — VİDEO

Ramzan Kadırov 5 yaşlı uşağa maşın bağışladı — VİDEO
Video
Hadisə 1310

Çeçenistanın rəhbəri Ramzan Kadırov 5 yaşlı çeçen Rəhim Kuriyevə “Mercedes” markalı avtomobil bağışlayıb.

BAKU.WS xəbər verir ki, Rəhim Kuriyev 2 saat 26 dəqiqədə 4105 jim vurmuşdu.

Çeçenistanın idman naziri Musa Xanakirov da Rəhim barədə məlumat verib. Nazir bildirib ki, Rəhim fasiləsiz olaraq 2 saat 26 dəqiqəyə 4105 jim vurub.

“Ginnesin Rekordlar Kitabı” isə bunu rəsmi olaraq qeydə almayıb. Kadırov isə bildirib ki, Rəhim rekordunu yenidən nümayiş etdirəcək:

“Ümid edirəm ki, komissiya üzvlərinin bu jimləri saymağa səbri çatacaq”.

Kadırov 5 yaşlı uşaqla görüşündə deyib:

“Bu maşını sənə Əhməd Hacı Kadırov xeyriyyə fondunun prezidenti Aymani Kadırova adından sənə verirəm. Bundan sonra atan səni bu maşınla gəzdirsin. Sən ağ “Mercedes”də gəzməyə layiqsən”.

Rəhim isə deyib ki, 5 min jim vura bilər. Uşaq bacarığını maşının kapotu üzərində nümayiş etdirib.

BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Kadırov Həbib Nurməhəmmədova avtomobil, atasına fəxri ad verdi - (VİDEO+FOTO)

Kadırov Həbib Nurməhəmmədova avtomobil, atasına fəxri ad verdi - (VİDEO+FOTO)

Çeçenistan lideri Ramzan Kadırov 7 oktyabrda Las-Veqasda keçirilən UFC 229 yarışlarında irlandiyalı döyüşçü Konor Makqreqoru məğlub edən çeçen döyüşçü Həbib Nur...

5662 İdman 09:34 12 oktyabr 2018

Son xəbərlər