Ramanada qonşular arasında qarşıdurma: "Çirkab sularından qurtulmaq istəyirik"

Ramanada qonşular arasında qarşıdurma: Çirkab sularından qurtulmaq istəyirik
Video
Hadisə 53

Yeni Ramana qəsəbəsi "İkinci sahə" adlanan ərazinin sakinləri arasında qarşıdurma yaşanıb.

Səbəb isə sakinlərin bir qisminin öz hesabına kanalizasiya borusu çəkdirmək istəyidir.

Onlar tullantı sularını kanala axıtmaq istəyirlər. Kanal isə sakinlərin evinin yanından keçir.

"Qorxuruq ki, çəkilən boru işləməz, çirkab suları üzə çıxar, ətrafı qoxu bürüyər", - şikayətçi narahatlığını ifadə edib.

Qarşı tərəf isə bildirir ki, aidiyyəti qurumlar məsələyə baxmadığından sakinlər özləri belə bir təşəbbüs göstəriblər.

"Qurumlardan deyildi ki, kanalizasiya borusu çəkməyə imkan yoxdur. Biz də 3-5 manatdan yığdıq ki, özümüz həll edək. Hamısının xəbəri var", - sakin bildirib.

Daha ətraflı Baku TV-nin videomaterialında:

Son xəbərlər