Qusardan Xaçmaza toya gedənlər qəzaya düşüblər, ölən və yaralanan var
Yeniliklərdən dərhal xəbərdar olun
Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, "VAZ-2104" markalı minik avtomobili Xudat-Qusar yolunun Yalama kəndi ərazisində hərəkətdə olarkən sürücü idarəetməni itirib, maşın yoldan çıxaraq ağaca çırpılıb.
Hadisə zamanı avtomobildə olan Qusar rayon sakini 1976-cı il təvəllüdlü Asəf Şafi oğlu Hacıyev hadisə yerində ölüb. Onun sərnişini 1975-ci il təvəllüdlü Ramiddin Yaramməd oğlu Tamazanov müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
A.Hacıyevin meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
TƏBİB-dən Goranboyda qəzada xəsarət alan 21 nəfərlə bağlı AÇIQLAMA - YENİLƏNİB
Goranboyda baş verən yol qəzasında xəsarət alan 21 nəfərə tibbi yardım göstərilib. Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib. Qeyd edilir ki, rayonun Qaramusalı...