Qusarda yol qəzası olub - Ölən var
01
sen
2022
23:30
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qusar rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
BAKU.WS “report”a istinadən xəbər verir ki, hadisə Qələcuq kəndində qeydə alınıb.
Quba rayon Dəlləkli kənd sakini Qədirov Baxodir Mamat oğluna məxsus “Opel” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb. Nəticədə avtomobil yolun kənarındakı ağaclara çırpılıb.
Qəza zamanı B.Qədirov ölüb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Azərbaycanda ağır qəza - 2 ölü, 1 yaralı var
Lənkəran rayonunda yol qəzası baş verib. BAKU.WS "report"a istinadən xəbər verir ki, hadisə Vel kəndi ərazisində, məktəb yolunda qeydə alınıb. “VAZ-2107” markal...