Qusarda meşəlik ərazidə ağacları kəsib yerini şumladılar - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Qusar rayonu, Avaran kəndi yaxınlığından keçən meşədə ağaclar kəsilir, ərazi şumlanır.
Bu barədə iddia BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Şikayətçinin sözlərinə görə, ağacları kəsdikdən sonra ərazini şumlayırlar ki, ağacların kəsildiyi bilinməsin.
Baş verən hadisə ilə bağlı rəsmi qurumlarla əlaqə saxladıq.
DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbov BAKU.WS-in sorğusuna cavab olaraq bildirdi ki, məsələ barədə məlumatlıdırlar:
"Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə məlumat veriləcək".
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən də sözügedən halın araşdırılacağı və məlumat veriləcəyi qeyd edildi.
Oxşar xəbərlər
Xızıda dağlıq-meşəlik ərazidə baş verən yanğın söndürüldü - YENİLƏNİB
Xızı rayonu, Yuxarı Əngilan kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğın havanın küləkli olmasına və relyefin mürəkkəbliyinə baxmayaraq Fövqəladə...