Qusarda avtoxuliqanlıq edən sürücü 15 sutka həbs edildi
17
fev
2026
12:56
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qusar rayonunda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq edən "KİA" markalı 90-NA-887 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü 34 yaşlı Təmkin Rəsulov saxlanılıb.
BAKU.WS xəbər verir ki, Qusar Rayon Polis Şöbəsi Dövlət Yol Polisi Bölməsində sürücü barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə T.Rəsulovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...