"Qurd dərəsi" sakinləri narazıdırlar: "Kimə deyirik, hamısı bizi yola verir"
Sumqayıt şəhərindən cəmi 2-3 kilometr məsafədə yerləşən "Qurd dərəsi" yaşayış massivinin sakinləri uzun illərdir yol problemindən əziyyət çəkirlər.
Ərazidə yaşayanlar bildirirlər ki, yolların bərbad vəziyyətdə olması onların gündəlik həyatını ciddi şəkildə çətinləşdirir.
10 mindən çox sakinin yaşadığı massivdə yolların böyük hissəsi asfaltlanmayıb.
"20 ilə yaxındır burada yaşayırıq. Taksi çağırmaq olmur, təcili yardım gəlmir. Bu yolun bünövrəsi 1982-ci ildə qoyulub. O vaxtdan indiyədək yol çəkilməyib. Hara müraciət ediriksə, "bu gün-sabah" deyib bizi yola verirlər", - deyə sakinlərdən biri bildirib.
Sakinlər yolun vəziyyətinin avtomobillərə də ciddi ziyan vurduğunu deyirlər.
"Yük maşınını, demək olar ki, hər həftə ustaya aparıram. Görün minik avtomobilləri bu yollarda nə qədər əziyyət çəkir", - sürücülərdən biri söyləyib.
Məsələ ilə bağlı Sumqayıt bələdiyyəsindən bildirilib ki, regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramına uyğun olaraq şəhərin infrastrukturunun mərhələli şəkildə yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir.
Qeyd olunub ki, sözügedən ərazidə asfaltlanma işlərinin növbəti il ərzində həyata keçirilməsi nəzərdə tutulur.
Oxşar xəbərlər
Rüfət Əhmədzadə vəfat etdi
Yazar Rüfət Əhmədzadə vəfat edib. BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Rəbiyyə Zərdabi sosial şəbəkə hesabında məlumat paylaşıb. Onun ölümünün səbəbi haq...