"Qumar kralı"nın istintaqı bitdi - Milyonlarla manatlıq əmlaklarına həbs qoyuldu
Qumar oyunları təşkil etməkdə və cinayət yolu ilə əldə edilmiş pulları leqallaşdırmaqda ittiham olunan Yusif Baqiyevin (Şəkili Yusif) cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
BAKU.WS qafqazinfo-ya istinadla xəbər verir ki, yaxın günlərdə toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndəriləcək.
"Qumar kralı" Yusifin qanunsuz qumarxana şəbəkəsi yaradaraq bu yolla ümumilikdə 161 milyon manat gəlir əldə etdiyi açıqlanmışdı. Lakin yekunda bu məbləğin həcmi dəyişib.
Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən ona Cinayət Məcəlləsinin 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma) həmçinin 244-1.4-cü (qumar oyunlarının təşkili və ya keçirilməsi xüsusilə külli miqdarda gəlir əldə etməklə törədildikdə) maddələri ilə yekun ittiham elan edilib.
"Qumar kralı"nın milyonlarla manatlıq əmlaklarına, o cümlədən, evləri, avtomobilləri, restoranları və başqa qeyri-yaşayış sahələri üzərinə həbs qoyulub.
İttihamlar sübuta yetirilərsə, onu 12 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Qeyd edək ki, "Nuxa" və "Medalyon" restoranları da Yusif Baqiyevindir. Həbs qoyulan obyektlər arasında onların da yer aldığı güman edilir.
Oxşar xəbərlər
Azərbaycanlı tələbə Türkiyədə həbs edildi
Türkiyədə təhsil alan azərbaycanlı tələbə həbs olunub. BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a həbs edilən tələbə Amin Əliyevin atası Elşən Əliyev bildirib....