"Qumar kralı"nın işi ilə bağlı tutulan şəxs azadlığa buraxıldı
Yeniliklərdən dərhal xəbərdar olun
"Qumar kralı" kimi tanınan Yusif Baqiyevin (Şəkili) cinayət işi ilə əlaqədar həbs olunan Pərviz Məmmədov azadlığa buraxılıb.
BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsi bir neçə gün əvvəl P.Məmmədov barəsində seçilmiş həbs qərarını ləğv edib.
Yeni qərarla Şəkili Yusifin sağ əli kimi tanınan Pərviz Məmmədov barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib, o, məhkəmə zalındaca azad edilib.
Qeyd edək ki, Şəkili Yusif və Pərviz Məmmədov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib. Onlar qumar oyunları təşkil etməkdə və cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılmasında ittiham olunurlar.
Oxşar xəbərlər
Şəmkirdə ölüm hadisəsi baş verib
Şəmkir rayonunun Zəyəm qəsəbəsində ölüm hadisəsi baş verib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, 1959-cu il təvəllüdlü Azad Mahmudov bıçaq yarası ilə xə...