Quldurluqda təqsirləndirilən qadın məhkəməyə gəlmədiyinə görə axtarışa verildi
Bakıda vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən Məmixan Məmmədov, Sadiq Əzizov və Sultanə Həsrətovanın cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənlərdən biri Sultanə Həsənovanın yenidən prosesdə iştirak etmədiyi bildirilib. Eyni zamanda, onun yaşadığı ünvanın da dəyişdiyi qeyd olunub.
Buna görə də dövlət ittihamçısı Rauf Malışov onun barəsində seçilmiş qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə əvəzlənməsi ilə bağlı vəsatət verib. O əlavə edib ki, təqsirləndirilən şəxs barəsində axtarış verilsin.
Məhkəmə təqsirləndirilən Sultanə Həsrətovanın üç iclasdan çoxdur prosesdə iştirak etmədiyini nəzərə alaraq, onun barəsində axtarış elan olunması və qətimkan tədbirinin dəyişdirilməsinə qərar verib.
Proses fevralın 11-dək təxirə salınıb.
Qeyd edək ki, Məmixan Məmmədova və Sultanə Həsrətovaya qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) və Sadiq Əzizova isə 181.2.5. (quldurluq - silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Oxşar xəbərlər
Azərbaycan gəmilərinin saxlanılmasının detalları məlum olub
"Caspian Marine Services B.V." şirkətinin Azərbaycandakı filialı gəmilərinin Eritreyanın ərazi sularında saxlanılmasına münasibət bildirib. Filialdan BAKU.WS-ə...