Qubadlıda 29 yaşlı şəxs minaya düşdü
22
apr
2022
23:10
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Aprelin 22-si saat 18 radələrində Qubadlı rayonu ərazisində 1993-cü il təvəllüdlü Bəybala Nəsibovun minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
BAKU.WS xəbər verir ki, bu barədə Qubadlı rayon prokurorluğu məlumat yayıb.
Aparılmış araşdırmalarla Bəybala Nəsibovun rayonun Teymur Müskanlı kəndi ərazisində olarkən piyada əleyhinə minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilib.
Hazırda faktla bağlı Qubadlı rayon prokurorluğunda araşdırma aparılır.
Oxşar xəbərlər
Gədəbəy sakinləri minaya düşüb - RƏSMİ AÇIQLAMA - YENİLƏNİB
Bu gün saat 17 radələrində 2 mülki şəxsin Gədəbəy rayonunun Ermənistanla sərhəd olan ərazisində minaya düşmələri barədə Rayon Prokurorluğuna məlumat daxil ol...