Qubada yola tökülən beton sürücülərə PROBLEM YARATDI
Yeniliklərdən dərhal xəbərdar olun
Quba rayonunda yola tökülən beton sürücülərə çətin anlar yaşadıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Bakı-Quba-Rusiya Federasiyası yolunun 164-cü kilometrində, Qubanın Mirzəməmməd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, betonqarışdıran maşın hərəkət edən zaman sulu beton yola tökülüb. Nəticədə, beton yolun üst qatını tamamilə örtüb.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Hazırda olayın qəsdən və ya ehtiyatsızlıqdan törədildiyi araşdırılır.
Əraziyə "Azəravtoyol"un xüsusi texnikası cəlb olunub, yol təmizlənir.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...