Qubada yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb
10
dek
2024
22:44
Qubada yol qəzasında xəsarət alan sürücü xəstəxanada ölüb.
"Report"un Şimal bürosunun məlumatına görə, şəhərin M.P.Vaqif küçəsində pikapla "Hyundai Elantra" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində "Hyundai Elantra"nın sürücüsü Quba rayonu, Kübçal kənd sakini, 2001-ci il təvəllüdlü Quliyev Teymur Faiq oğlu ağır bədən xəsarətləri alaraq, Qusar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Həkimlərin səyinə baxmayaraq o, dünyasnı dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Nardaranda müəmmalı ÖLÜM: ailəsi gecəyarı meyitini tapdı
Bakıda kişi evində ölü tapılıb. BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonu, Nardaran qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini 30 yaşlı İsm...